Rusiyanın tanınmış “Band'Eros” musiqi qrupunun keçmiş solisti Rada Zmixnovskaya sentyabrın 14-də vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı 360» telekanalı yayıb.
İnformasiyanı kollektivin PR-meneceri Yevqeniya da təsdiqləyib. Müğənninin ölüm səbəbi hələlik məlum deyil. Bəzi KİV-lərdə Radanın beyinə qansızmadan vəfat etdiyi yazılıb.
Qeyd edək ki, “Band'Eros” qrupu 2005-ci ildə yaradılıb. Kollektiv “Kolambiya pikçers ne predstavlyayet” və “Manhetten” mahnıları ilə məşhurlaşıb.
Rada Zmixnovskaya 2007-ci ildə hamiləlik səbəbindən qrupdan ayrılıb.
S.B.
www.oxu.az