Ötən gün 28-ci “Best Model of Turkey” yarışmasının finalı keçirilib.
Oxu.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, müsabiqənin qalibləri Yağmur Ayrık və Yılmaz Kunt olub.
Təşkilatçısı Erkan Özerman, aparıcıları Ece Gürsel və Mehmet Ali Erbil olan gecədə müğənni Atiye də çıxış edib.
Qeyd edək ki, qaliblər noyabrın 15-də Brüsseldə keçiriləcək “Best Model Europe”da Türkiyəni təmsil edəcəklər.