Xalq artisti Brilyant Dadaşova “Instagram”da erməni musiqiçi Varujan Şahbazyanı tərifləməsinə etiraz edənlərə ismarış ünvanlayıb.
Oxu.Az xəbər verir ki, o, ifa və rəqs edərkən lentə alınan videosunu sosial şəbəkədə paylaşaraq özünə haqq qazandırıb.
“Əziz dostlarım, mənə “qara piar” edən “yalançı vətənpərvərləri” qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək olduğum çıxışlarımdan yazmayacaqlar ki... Çünki göndərsən, bunlar heç biri o döyüş meydanlarına yaxın getməz. Sizə gözəl əhval-ruhiyyə arzulayıram”, - deyə o qeyd edib.
A.S.
www.oxu.az