Türkiyəli aktyor Arif Selçuk Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə evlənib.
Oxu.Az-ın BAKU.WS-ə istinadən məlumatına görə, Antalyada nikah salonunda xoşbəxtliklərinə imza atan cütlük sadə bir mərasimlə ailə qurub. Qohum və sevənlərinin iştirak etdiyi nikah mərasimindən sonra cütlük yaxınları ilə bir araya gəlib.
Hataya azərbaycanlı gəlin gətirən Arif Selçuk “İki dövlət, bir millət” prinsipini müdafiə etdiyini ifadə edib:
“Azərbaycan insanının qonaqpərvərliyi, mədəniyyəti bizlərə çox bənzəyir. Azərbaycanın ən sevilən sənətçisi Cavanşir Məmmədovun kürəkəni olmaqdan son dərəcə qürur duyuram. İnsanlarımızın qonaqpərvərliyini, bir yerdə yaşamaq mədəniyyətimizi, yerli yeməklərimizi və xüsusilə də künefeyi çox sevdilər”.
Arif Selçuk aktyorluğa 2007-ci ildə “Asi” serialı ilə başlayıb. Aktyor müxtəlif teatr, serial və kinofilmlərdə rol alıb.
A.S.
www.oxu.az