Xəbər verdiyimiz kimi, Əməkdar artist Coşqun Rəhimov sentyabrın 6-da növbəti dəfə əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, “Bu şəhərdə” komandasının prodüseri, ssenarist Müşviq Abbasov sosial şəbəkədə Coşqun Rəhimovun əməliyyatdan sonrakı fotoşəkilini paylaşaraq aktyorun səhhətinin yaxşı olduğunu bildirib.
C.Rəhimov uzun müddətdir qalxanabənzər vəzin xərçəngi xəstəliyindən əziyyət çəkir.
