Uzun müddətdir xərçəngdən əziyyət çəkən Əməkdar artist Coşqun Rəhimovun müalicəsi davam edir.
Oxu.Az-ın axşam.az-a istinadən məlumatına görə, “Bu şəhərdə”nin aktyoru üçüncü dəfə əməliyyat olunduqdan sonra radioaktiv yod qəbul etmək üçün xəstəxanaya yazılıb. Yanvarın 28-də evə buraxılan C.Rəhimov müalicəsinə ev şəraitində davam edib.
Aktyor ötən gün Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı tədbirə qatılıb. C.Rəhimov oyunların ulduz səfiri seçilib.
Qeyd edək ki, C.Rəhimov qalxanabənzər vəzin xərçəngindən əziyyət çəkir.
A.S.
www.oxu.az