“Eurovision - 2017” təmsilçimiz Diana Hacıyevanın tanıtım çarxının çəkilişlərinə start verilib.
Oxu.Az xəbər verir ki, müğənni videoçarxda “INFE Azerbaijan” fan-klubunun üzvləri ilə birlikdə yer alıb. Çəkilişlərin bir hissəsi Bakıdakı klubların birində, digər qismi isə Kiyev şəhərində baş tutub.
“Eurovision”nun yarımfinalları Ukraynanın paytaxtı Kiyevdə 9 və 11 may, finalı isə 13 may tarixində keçiriləcək.
Diana Hacıyeva ölkəmizi müsabiqədə “Skeletons” adlı mahnı ilə təmsil edəcək.
A.S.
www.oxu.az