“Eurovision-2014” təmsilçimiz Dilarə Kazımova Danimarkanın paytaxtı Kopenhagendə yerləşən heyvanxanada olub.
Oxu.Az xəbər verir ki, Dilarə ötən gün Macarıstan təmsilçisi Andraş Kallay-Soderslə birgə “Dyrevaernets” heyvan sığınacağına gediblər.
Təmsilçilər orada heyvanlara necə qulluq edilməsinin və müalicə olunmasının şahidi olublar.
Dilarə və Andraş itlərin boynuna “Azərbaycandan sevgiylə” və ”Macarıstandan sevgiylə” yazılı “brelok” asıblar.
Qeyd edək ki, Dilarə “Dyrevaernets” sığınacağının inkişafı üçün maddi yardım edib.