Sentyabr ayında Çinin paytaxtı Pekin şəhərində baş tutacaq “Miss World Peace - 2016” beynəlxalq gözəllik müsabiqəsində ölkəmizi “Miss&Mister Caucasus” müsabiqəsinin finalçısı Həmidə Məhəmmədvand təmsil edəcək.
Oxu.Az xəbər verir ki, modelin boyu 172 sm, yaşı 20-dir.
Təmsilçimiz hal-hazırda müsabiqəyə hazırlaşır və keçmiş model Yuliana Huseynovadan modelliklə bağlı dərslər alır.
Fotoqraf Ratmir Şərifovun obyektivi qarşısına keçən Həmidə Məhəmmədvandın yeni fotosessiyasını təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az