Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Elçin Əzizov Rusiyadakı terakta görə konsertini təxirə saldı
Xalq artisti Elçin Əzizovun Sankt-Peterburqda planlaşdırılan konserti təxirə düşüb.
Oxu.Az xəbər verir ki, bu haqda opera ifaçısı özü məlumat yayıb.
O bildirib ki, martın 27-də nəzərdə tutulan tədbir baş tutmayacaq.
“Crocus City Hall”da baş verən dəhşətli hadisədən sonra “Mahnıma inan” adlı konsertimi təxirə saldıq. Bu, əyləncə, zarafat dolu bir gecə idi. Faciədə dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm. Yaxın günlərdə konsertin tarixini açıqlayacağıq. 27 mart üçün alınan biletlər keçərlidir”, - deyə E.Əzizov açıqlamasında bildirib.
Mövzuya aid xəbərlər
- Moskvadakı dəhşətli terrorda yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO
- “Crocus City Hall”dakı yanğın tam söndürülüb - VİDEO
- Moskvada teraktın təşkilində şübhəli bilinən 4 nəfər Ukrayna sərhədində saxlanılıb - YENİLƏNİB + FOTO/VİDEO
- “Crocus City Hall”da baş verən terror aktı səbəbindən iki millinin oyunu ləğv edildi
- Daha bir azərbaycanlı müğənni Moskvada terror aktı törədilən “Crocus City Hall”da olub - VİDEO
Ən çox oxunanlar