“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov “Eurovision 2013”-ün ukraynalı iştirakçısı Zlata Aqneviçlə duet oxuyub.
Oxu.Az xəbər verir ki, məşhurlar duet şəklində ifa etdikləri “İce and fire” (“Buz və alov”) adlı mahnıya klip də çəkdirəcəklər.
İngilis dilində səslənən mahnı avqust ayında Ukraynada, daha sonra Azərbaycanda təqdim olunacaq.
Aytən Sadıqzadə
www.oxu.az