Müğənni Elnarə Xəlilova yenidən aparıcılıq fəaliyyətinə başlayıb.
Oxu.Az xəbər verir ki, o, sentyabrın 26-dan etibarən həftəiçi 5 gün, saat 12:45-də “Space” telekenalında efirə gedəcək “Xanımlar saatı” adlı proqramı təqdim edəcək.
İfaçı bu haqda “Instagram” səhifəsində məlumat verib.
Xatırladaq ki, müğənni bundan əvvəl ATV-də yayımlanmış “Süfrəmiz” verilişinin aparıcısı olub.
Aytən Sadıqzadə
www.oxu.az