Azərbaycanın əməkdar artisti Elza Seyidcahan New Baku Post qəzetinə müsahibə verib.
Oxu.Az xəbər verir ki, müsahibəsində müğənni hazırkı fəaliyyətindən, gələcək planlarından və qarşıdakı konsertlərdən danışıb.
Müğənninin sözlərinə görə, o bilir ki, bir çox insanlar o cümlədən müğənni həmkarları onun üzünə gülüb, arxasınca ağız əyirlər.
“Və mən hətta bilirəm kimlər bunu edir! Amma istənilən halda axı onlar mənim üzümə gülümsəyirlər. Siz bilirsiniz, mən nöqsanların haqqında üzümə deyən yaxud da bunu arxamda danışmayıb, açıq şəkildə edən insanlara böyük hörmət bəsləyirəm. Qoy bu insan məni sevməsin, lakin mən ona hörmət edəcəyəm. Bundan başqa, hətta vurulan sillənin də ağıllandıra bilməyəcəyi adamlar var. Bu insanlara mərhəmətlə yanaşıram və bilərəkdən onlara güzəştə gedirəm. Bilirəm ki, bu belə insandır və onu düzəltmək mümkün deyil. İstənilən halda Allah onun səhvlərini göstərir və düzgün yola çəkir”.
Siyasətə qatılmaq, Milli Məclisin deputatı olmağı istəyib-istəməməsi barədə sualı cavablandıran ekstravaqant müğənni deyib:
“Hesab edirəm ki, hər bir insan öz işinin deputatıdır. Mənim müəllimimin Arif Məlikov uzun müddət deputat, mən isə onun şagirdi olmuşam. Bəs onda mən nə üçün özümü sınaqdan keçirməyim? Demək olar ki, mən indiyədək heç kimdən heç nə istəməmişəm, xahiş etməmişəm, buna görə də, özbaşına deputatlığa getmək istəmirəm. Lakin mənim namizədliyimi irəli sürməyi və dəstəkləməyi lazım bilərlərsə, nə üçün də yox? Yaradıcılığı və parlament fəaliyyəti ilə bir çoxlarının indiyədək edə bilmədiklərini etmiş Zeynəb Xanlarova da deputatdır axı”.
Elza Seyidcahan həm də ehtiyatda 3 oyunu qalan, 7 oyundan sonra cəmi 4 xal toplamış Azərbaycanın futbol yığmasının 2014-cü il dünya çempionatının seçmə qrupunda necə xal toplayacağı barədə də proqnoz verib:
“Düşünürəm ki, qalan oyunlarda əvvəlkilərdən çox xal toplayacağıq. Mənim proqnozum – yekunda 9 xal götürəcəyik. Düşünmürəm ki, bu, qeyri-realdır. Mənim proqnozum – 9 xal”.