Natalya Oreyro Rusiyaya “Krokus Group” holdinqin dəvəti ilə təşrif buyurub. Müğənni konsert verməyə atası, anası, 54 yaşlı həyat yoldaşı Rikardo Molyo və 1 yaşlı oğlu Merlin Ataualpa ilə birgə gəlib.
Oxu.Az Eminin sosial şəbəkə səhifəsinə istinad edərək xəbər verir ki, dekabrın 9-da birinci konsert baş tutdu. Digər konsert bu gün “Krokus Siti Holl”da, biri isə dekabrın 12-də Sankt-Peterburqun “Buz sarayı”nda baş tutacaq.
Qeyd edək ki, Azərbaycanlı iş adamı Araz Ağalarov və bəstəkar-müğənni Emin Ağalarovun şirkəti bir neçə gün əvvəl dünya ulduzu Elton Conu da Moskvaya gətirmişdi.
Aytən Sadıqzadə
www.oxu.az