Müğənni Samir Piriyevlə məkanların birində, əlində fotoaparat gənc teleaparıcı Günel Hümbətovanı fotosessiya edərkən gördük.
Oxu.Az-ın suallarına cavab verən Samir bəy yeni klip çəkdirdiyini söylədi. Klipə isə teleaparıcı Günel Hümbətova çəkilir.
“Klipin sadə süjet xətti var. Mən fotoqrafam, Günel xanım isə məşhur insandır. Bu isə mənim ilk işimdir,o məni bəyənmir. Lakin sonradan sevməyə başlayır”.
Müğənni mahnı haqqında bunları dedi:
“Dinamik mahnıdır. Sözləri və musiqisi mənə məxsusdur. Mahnının adı “Dedi-qodu, facebook,instagram” adlanır. Rejissoru Təhmasib Məmmədovdur”.
Samir Piriyev klipə çəkdiyi xərcdən də danışıb:
“Bu klip mənə rejissor Təhmasib bəyin hədiyyəsidir. Milyardlarla pul tökub klip çəkdirirlər, heç keyfiyyətli də alınmır. Amma mən belə etmədim. Sadə gündəmlə ayaqlaşan klipə üstünlük verdim”.
Nə üçün Güneli seçməsi barədə sualı cavablandıran müğənni belə deyib:
“Fikirləşdim ki, Günel həm ilk dəfədir klipə çəkilir, həm də dostumdur. İnanmıram ki, məndən başqa kiməsə klipə çəkilməyə razılıq versin”.
Müğənni bir vaxtlar “Yeni ulduz” müsabiqəsinin iştirakçısı olmuş Günellə birlikdə duet oxumaq barədə təklifə cavab olaraq, bunları deyib:
“Əla fikirdi. Bilirsiniz ki, ikimiz də “Maşın” realiti şouda olacayıq. Şou bitəndən sonra bu fikrinizi dəyərləndirəcəm”.
Gənc istedad Yeni ildə pərəstişkarlarına hansı sürprizlər hazırladığını da deyib:
“Yeni il ərəfəsində “Maşın” realiti şoudayam. Şou bitəndən sonra ailəmlə birlikdə Azərbaycanımızın şimal bölgəsinə istirahətə yollanacayıq.
2014-cü ilin may ayında isə konsert verməyi planlaşdırıram. Bu konsert başqalarından fanaqrama görə yox, canlı ifaya görə fərqlənəcək. Həmin gün səsim tutulsa, deton da oxusam yenə də canlı oxuyacam.
Konsert iki hissədən ibarət olacaq. Birinci hissədə muğam, retro və əcnəbi mahnılar olacaq. Ərəb, rus, türk mahnılarını ifa edəcəm. İkinci hissədə yalnız şəxsi repertuarım olacaq.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az