Mayın 13-ü Kiyevdə keçirilən “Eurovision - 2017” mahnı müsabiqəsində Portuqaliyanı “Amar Pelos Dios” adlı mahnı ilə təmsil edərək, birinci yeri qazanan Salvador Sobralın vəziyyəti qəfil ağırlaşıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, ürək çatışmazlığından əziyyət çəkən 27 yaşlı ifaçı reanimasiyaya yerləşdirilib. Ürək transplantasiyası üçün donor axtarılır.
A.S.
www.oxu.az