“Maşın Şou. Hind kinosu”nun ən xarizmatik iştirakçısı layihəni tərk edib. Söhbət Nazilə Səfərlidən gedir. Heç kim hadisələrin bu istiqamətdə gedəcəyini gözləmirdi.
Dünənki şounun sakit keçməsi tamaşaçıların heyrətinə səbəb oldu. Bunun nə ilə bağlı olmasını isə təxmin etmək qalır. Sərxan Kərimoğlu münaqişəsinə baxmayaraq, Ramil Nabranla yanaşı dayanmışdı.
İştirakçılar aktrisa və aparıcı Xəyalə Quliyevanın şəklini atmışdılar. O, birinci dəfə səsverməyə çıxmışdı və həyəcanı hiss edilirdi. Ancaq o, emosiyalarını büruzə vermirdi. Şounun aparıcısı Murad Dadaşovun təkidlərinə baxmayaraq, X.Quliyeva hədəfini açıqlamadı. Bu, artıq ənənə halını alıb. Çünki gecənin qəhrəmanının səs toplamadan sonra şounu necə davam etdirəcəyi və kimə atəş açacağı aydın deyildi.
Ənənəyə uyğun olaraq, “Maşın Şou”ya qonaqlar gəlir. Dünənki qonaq komediya aktyoru Elməddin Cəfərov olub. O, bütün iştirakçılara uğurlar arzulayıb və zarafatca kimin bu gün şounu tərk edəcəyi ilə maraqlanıb.
Nəhayət, Xəyalə Quliyeva hədəfinin kişi olacağını açıqlayıb.
Ancaq zaman göstərdi ki, qadın kollektiv vaxtından tez rahatlaşıb.
Və budur, çoxdan gözlənilən məqam gəldi. Murad Dadaşov Xəyalə Quliyevanı tribunaya dəvət etdi. 85,53% tamaşaçı aktrisanın layihədə qalmasına səs verdi.
“Bu, oyundur və mən onda qələbə qazanmaq istəyirəm. Buna görə mən güclü rəqibimi seçəcəm. Bu, cəsur qadın Nazilə Səfərlidir”, - Xəyalə Quliyeva çıxışında deyib.
“Ola bilsin ki, mən Ramil Nabranın kartını səhv salmışam, ancaq qələbəyə gedən yolumu təmizləmək istəyirəm”, - aktrisa əlavə edib.
“Həyat məni bir neçə dəfə balyozla döyüb. Buna görə də intriqadan qorxmuram. Mən bu şouya qalib kimi gəlmişəm və elə də gedirəm”, - Nazilə Səfərli cavab verib.
Saat 22:00-da ATV telekanalında yayımlanan “Maşın Şou. Hind kinosu”nun buraxılışını qaçırmayın!
Layihənin informasiya dəstəyi Oxu.Az və Baku.Tv-dir.
Fırtınaöncəsi səssizlik: “Maşın Şou” - FOTO/VİDEO
Cavid Osmanov
Operator: Musa Vladimir
Rəylər