Müğənni Aygün Mahmudova həyat yoldaşı, rejissor Kənan M.M.-lə aktrisa Pərvin Abıyevanın sevgili olması barədə yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, ifaçı bu barədə “ATV maqazin onlarla” verilişinə müsahibə verib.
“Rejissor filmində çəkilən aktrisaya pis gözlə baxarsa, Allah da ona elə baxar. Tamamilə yanlış düşüncədir. Əxlaqsızcasına hərəkət edən kişilərimiz də var, amma ağır təbiətli insan haqqında bu cür danışmaq olmaz. Pərvinlə gözəl münasibətim var, ailəsini, anasını tanıyıram. Onun haqqında bu cür sözlərin danışılmasına görə üzülürəm. Bu, mümkün deyil. Kənan mənim hər zaman yanımdadır. Pərvin isə onun sənət dostudur”, - deyə o bildirib.
Xatırladaq ki, rejissorla aktrisa “Maşın” şouda bir-birini dəstəklədiyi üçün sosial şəbəkədə bu cür söz-söhbətlər yayılmışdı.
Аytən Sadıqzadə
www.oxu.az