Mərhum Xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun dostu Vüqar Bəkirov bəraət alıb.
Oxu.Az-ın Ölkə.Az-a istinadla məlumatına görə, bu barədə V.Bəkirovun vəkili Adəm Məmmədov bildirib. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun qərarı ilə Bəkirov Vüqar Nadir oğluna bəraət hökmü verilərək məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, V.Bəkirov dələduzluqda ittiham edilirdi və ötən ilin fevralından həbsdə idi.
Bəkirovun adı həmçinin İ.Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın həbsində də hallanırdı.
A.S.