“Forbes” jurnalı 2017-ci ildə ən çox gəlir əldə edən müğənnilərin adlarını açıqlayıb.
Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, siyahıya amerikalı reper Şon Kombs (Paf Deddi) başçılıq edir. Onun builki gəliri 130 milyon dollar məbləğində qiymətləndirilib.
İkinci yeri 105 milyon dollar gəlirlə Beyonce, üçüncü yeri isə reper Dreyk (94 milyon dollar) tutub.
İlk onluğa "The Weeknd" (92 milyon dollar), "Coldplay" qrupu (88 milyon dollar), "Guns N" Roses" qrupu (84 milyon dollar), Castin Biber (83.5 milyon dollar), Brus Sprinqstin (75 milyon dollar), Adel (69 milyon dollar), "Metallica" qrupu (66.5 milyon dollar) daxildir.
A.H.