ATV telekanalında yayımlanan “Düz üzünə” verilişinin aparıcısı İradə İsaq Facebook istifadəçilərinə səslənib.
Oxu.Az xəbər verir ki, aparıcının şəxsi Facebook səhifəsinə sevgi mesajları daxil olur.
Bundan qəzəblənən məşhur bir daha onu narahat edənlərin adlarını sosial şəbəkədə paylaşacağını söyləyib:
“Facebookda inboxa yazan əks cins nümayəndələri! Mən inboxda heç kimlə şəxsi yazışma aparmıram. Artıq bu səhifə verilişin səhifəsi kimi istifadə olunur. Nə düşüncələriniz varsa, statusların altında şərh bölməsində yaza bilərsiniz. Gecəyarısı sevgi mesajlarını mənə yazmaqdansa, həyat yoldaşınıza deyin ki, ailəniz mehriban olsun!
Daha səhərə kimi FB-də sürünməyin. Xəbərdarlıq: inboxa mesaj yazan kişilər, dərhal dostluqdan çıxarılacaqsınız! Bəyənsəniz də budur, bəyənməsəniz də. Gələn dəfə mənasız yazanların adları paylaşılacaq”.

Aytən Sadıqzadə
www.oxu.az