Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İranda hicabsız konsert verən gənc müğənniyə cinayət işi açıldı
İranda hicabsız konsert verən gənc müğənni Pərəstu Əhmədiyə qarşı cinayət işi açılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilib ki, gənc müğənninin karvansaraların birində məcburi hicab qaydalarını pozaraq konsert verməsinin görüntüləri sosial şəbəkələrdə paylaşıldıqdan sonra ona və konsertin təşkilatçılarına İranın Ədliyyə-Məhkəmə Sistemində cinayət işi açılıb.
Qeyd edilib ki, Pərəstu Əhmədinin konserti sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Bəzi istifadəçilər müğənninin bu addımını İran tarixində hicabsız səhnəyə çıxan ilk qadın müğənni Qəmərülmülk Vəzirinin ifası ilə müqayisə və bu dövrdə səhnəyə çıxmaq üçün cəsarət tapdığı üçün təbrik ediblər.
"İranda məcburi hicab" teqi üzrə xəbərlər
- İranda məcburi hicab barədə yeni qanun layihəsindən imtina edilib
- İranda hicaba görə polis tərəfindən güllələnən Arzu Bədri iflic vəziyyətdə qalıb
- İran parlamentinin sabiq deputatı: "Hicab taxmamağa görə cəzaların tətbiqi dini baxımdan əsassızdır"
- BMT ekspertləri İranda "Məcburi Hicab Qanunu"nun ləğvinə çağırıblar
- İranda qadınlara əxlaq qanunlarını pozmalarına görə ölüm cəzası tətbiq ediləcək