Müğənni Jasminin həyat yoldaşı, iş adamı İlan Şor maliyyə fırıldaqçılığında şübhəli bilinərək Moldovada saxlalınıb.
Oxu.Az xəbər verir ki, 38 yaşlı ifaçı həmin vaxt iki uşaqla Kişinyovda olub, ərinin həbsi onu şok edib. Məşhurun fikrincə, hüquq-mühafizə orqanlarının onun ərini həbs etmək üçün əsası yoxdur.
Bu barədə Rusiya mətbuatında məlumat öz əksini tapıb.
“Hamımız şokdayıq! Hazırda qızım və yeni doğulan oğlumla Kişinyovdayam və əlimdən gəldikcə, ərimi dəstəkləməyə çalışıram. Ümid edirəm ki, üç gün sonra onu buraxacaqlar. Onu saxlamaq üçün əsas yoxdur. Hazırda bizə onun nəyə görə həbs olunduğunu demirlər”,-deyə Jasmin açıqlama verib.
Moldova KİV-nin məlumatına görə, İlan Şor fırıldaqçılıqda şübhəli bilinərək 72 saat müddətinə saxlanılıb. Prokuror Adriana Betsişorun sözlərinə görə, prokurorluq rayon məhkəməsindən biznesmenin 30 sutkalıq ilkin həbs edilməsini tələb edir.
A.S.
www.oxu.az