47 yaşlı dünya şöhrətli müğənni Jennifer Lopez ilə sevgilisi, 29 yaşlı rəqqas Casper Smart ayrılıb.
Oxu.Az bu barədə “People” dərgisinə istinadən xəbər verir.
“Onlar artıq bir neçə həftədir ki, birlikdə deyillər”, - deyə cütlüyə yaxın olan mənbə bildirib.
Onun sözlərinə görə, sevgililər qalmaqallı şəkildə deyil, dostcasına ayrılıb və hazırda görüşürlər.
2011-ci ildən sevgili olan cütlük ayrılıq barəsində hələlik heç bir açıqlama verməyib.
Aytən Sadıqzadə
www.oxu.az