Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kanye Uest və ictimaiyyət qarşısına daim yarıçılpaq çıxan Byanka Senzori boşanır
Məşhur rep ifaçısı Kanye Uest və ictimaiyyəti ekstravaqant hərəkətləri ilə şoka salan həyat yoldaşı Byanka Senzori iki illik nikahdan sonra boşanmağa hazırlaşırlar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə TMZ nəşri öz mənbələrinə istinadən xəbər verib.
İnsayderlərin məlumatına görə, ulduz cütlüyün münasibətlərində böhran yaranıb və onlar bir neçə həftə əvvəl dostlarına ayrıldıqlarını bildiriblər. Byanka ailəsi ilə vaxt keçirmək üçün Avstraliyaya gedib, Kanye isə Tokioda tək görünüb.
Qeyd edək ki, Kanye Uest və Byanka Senzori 2022-ci ilin dekabrında Kaliforniya ştatının Palo Alto şəhərində gizli şəkildə evləniblər. Bundan sonra cütlük, demək olar ki, həmişə birlikdə görünüb. Byanka ekstravaqant obrazları ilə daim ictimaiyyətin diqqətini cəlb edib: o, tez-tez ictimaiyyət qarşısına alt paltarında, ayaqyalın, yarışəffaf bodilərdə və ya sinəsində yastıqla çıxıb. Bu cür davranış hətta İtaliyada istirahət zamanı cütlüyün Venesiyada qayıqla gəzintisinin qadağan edilməsinə səbəb olub.
Byanka Senzorinin atası Leo Senzori qızının açıq-saçıq obrazlarından narazılığını və narahatlığını ifadə edib. O hesab edirdi ki, reper qızı nəzarətdə saxlayır və onu doğmalarından tamamilə uzaqlaşdırmağa çalışır. Məlumata görə, Senzori ailəsi musiqiçinin onu, demək olar ki, çılpaq şəkildə ictimaiyyət qarşısına çıxarmasını ağrı ilə izləyib. Leo Censori bildirib ki, reper onların ailəsinə zərər verir və onun sevimli qızını aşağı keyfiyyətli bazar malına çevirir.
Kanye Uest ilə münasibətlərə başlamazdan əvvəl Byanca Senzori reperin "Yeezy" brendinin komandasında işləyib.
Ayrılığın kimin təşəbbüsü ilə baş verdiyi hələ məlum deyil.
"Kanye Uest" teqi üzrə xəbərlər
- Byanka Senzori bu dəfə ÇADRA geyindi
- "Qremmi" qalmaqalından sonra Kanye Uest və Byanka Senzori boşanmağa hazırlaşırlar
- Kanye Uestin 33 milyon izləyicisi olan "X" hesabı bağlanıb: Reperin son paylaşımı
- Kanye Uest afroamerikalı həmkarlarını tənqid etdi: "Köləlik bir seçimdir"
- "Qremmi"dəki qalmaqaldan sonra Kanye Uest öz xəstəliyi barədə gözlənilməz açıqlama verdi