Türkiyənin tanınmış televiziya prodüseri Erol Köse “Instagram” hesabında aktrisa Neslihan Atagülün liseydə təhsil aldığı illərə aid fotoşəklini paylaşıb. Fotoda N.Atagülün keçmiş sevgilisi də yer alıb.
Oxu.Az xəbər verir ki, Erol Kösenin iddiasına görə, N.Atagülün liseydəki sevgilisi aktrisa barəsində “Məşhur olduqdan sonra hamımızı unutdu. Qərib atasını xəstə halda yataqda tərk edib-getdi. Atası qəhərindən öldü” sözlərini deyib.
Neslihan Atagül və liseydəki sevgilisi

Xatırladaq ki, N.Atagül “Kara sevda” serialında Nihan obrazını canlandırıb. Serial bu il “Emmi” mükafatına namizəd göstərilib.
A.S.
www.oxu.az