Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kseniya Sobçak cərimə ödəməkdən boyun qaçırıb: Məhkəmə yeni qərar çıxarıb
Moskva məhkəməsi məşhur rusiyalı jurnalist Kseniya Sobçaka əvvəlki inzibati cəriməni ödəmədiyinə görə yeni cərimə kəsib.
Oxu.Az bu barədə "RIA Novosti" agentliyinə istinadən xəbər verib.
Qeyd olunub ki, Rusiya qanunvericiliyinə görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsi ikiqat məbləğdə cərimə ilə nəticələnir. Həmçinin bu cəza 15 gün inzibati həbs və ya 50 saatlıq məcburi işlə də nəticələnə bilər.
Lakin mənbə tanınmış jurnalistin hansı qayda pozuntusuna görə cərimələndiyini qeyd etməyib.
Ən çox oxunanlar