Müğənni Cavanşir Babəlioğlu ümummilli lider Heydər Əliyevə həsr olunmuş mahnıya klip çəkdirib.
Oxu.Az xəbər verir ki, “Elegiya” adlı mahnının sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi Kamala məxsusdur.
Ekran işinin rejissoru pianoçu, bəstəkar Arzu Abasovadır.
Stilist Natiq Cavadovdur.
Qeyd edək ki, klip ulu öndərin anım günündə izləyicilərə təqdim ediləcək.
A.S.
www.oxu.az