Ötən gün çal-çağır edən məşhurlardan biri də müğənni Manaf Ağayev oldu.
Oxu.Az xəbər verir ki, ifaçı sənət dostlarını başına toplayaraq 50 illik yubileyini qeyd edib.
Gecədə müğənnini təbrik etmək üçün xalq artisti Nazpəri Dostəliyeva, müğənnilər Könül Kərimova, Gülay Zeynalova, Elnur Məmmədov, Xatirə İslam, Nadir Qafarzadə, Elçin Hüseynov, Bahar Lətifqızı, rəqqasə Fatimə Fətəliyeva və digərləri iştirak ediblər.
Yubiley mərasiminin İnstagram-da yayılan fotolarını sizə təqdim edirik: