ATV telekanalında yayımlanan “Maşın” realiti şounun ötən gün yayımlanan buraxılışında maraqlı süjet nümayiş olunub.
Oxu.Az xəbər verir ki, aktyor İslam Mehrəliyev başını avtomobilin üzərinə qoyaraq yatan rəqqasə Oksana Rəsulova üçün layla deyib. Aktyor Elcan Rəsulov isə avtomobilin siqnal düyməsini basaraq onu oyatmağa çalışıb. O.Rəsulova ətrafda baş verənlərə əhəmiyyət vermədən yatmağa davam edib.
Kadrlara 1:12-ci dəqiqədən baxa bilərsiniz:
Qeyd edək ki, bir neçə saat əvvəl big.az saytı artıq Oksana Rəsulovanın əlini avtomobildən çəkərək şounu tərk etdiyini yazıb. Bununla bağlı Oxu.Az-ın əməkdaşı şounun redaktoru Samir Cabbarovla əlaqə saxlayıb. O, bu barədə məlumat verə bilməyəcəyini söyləyib. Veriliş efirə getməyən saatlarda baş vermiş hadisələrin süjet şəklində axşam canlı yayımda nümayiş olunacağını bildirib. Daha sonra dəfələrlə Əməkdar artist Murad Dadaşovla əlaqə saxlamağa cəhd etsək də, teleaparıcının telefonu qapalı olduğundan ondan açıqlama almaq mümkün olmayıb.
A.S.