Ötən gün “Maşın” realiti şousunun final gecəsində maraqlı hadisə baş verib.
Oxu.Az-ın “avtosfer.az”a istinadən məlumatına görə, yarışmanın sonunda qalib Talıb Tale avtomobilə minərək studiyadan çıxmaq istəyib. O, avtomobil idarə edərkən dönmə əməliyyatını düzgün yerinə yetirməyib və nəqliyyat vasitəsi kamerala sürtülüb.
Daha sonra “MGP”-nın əməkdaşları Talıba xəbərdarlıq ediblər və ona köməklik göstərməyə çalışıblar. Həmin kadrlar isə canlı yayımda göstərilib.
S.B.
www.oxu.az