Dünyada maraqla izlənilən “Maska” şousunun Azərbaycan versiyası hazırlanıb.
Oxu.Az xəbər verir ki, verilişin ilk buraxılışı dünən axşam İctimai TV-də yayımlanıb.
Müsabiqənin münsifləri Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Nigar Camal, Murad Arif və aparıcı Kamilə Babayevadır.
Şouda maska geyinən məşhurlar səhnəyə çıxıb, münsiflər isə onların kimliyini tapmağa çalışıblar. Müsabiqəni ilk tərk edən isə Xalq artisti Gülyanaq Məmmədova olub. Belə ki, münsiflər maskanın altında gizlənən məşhurun kimliyini asanlıqla tapa biliblər.
Dünyada maraqla izlənilən “Maska” şousunun Azərbaycan versiyası hazırlanıb.Oxu.Az xəbər verir ki, verilişin ilk buraxılışı dünən axşam İctimai TV-də yayımlanıb....
Rəylər