Bu gün məşhur şair, bir sıra hit mahnıların sözlərinin müəllifi Sərvər Şahbəyli dünyasını dəyişib.
Oxu.Az atv.az-a istinadən xəbər verir ki, şair uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən reanimasiyaya yerləşdirilmişdi.
Xatırladaq ki, 54 yaşlı Sərvər Şahbəylinin sözlərinə 200-ə yaxın mahnı yazılıb. Onların sırasında “Səni axtara-axtara”, “Hamı gəzir yarısını” kimi hit mahnıların adını çəkmək olar.
Allah rəhmət eləsin!
A.S.
www.oxu.az