Türkiyənin məşhur aktrisası, müğənni və aparıcısı Hülya Avşar “Star TV”də yeni proqram təqdim edəcək.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, veriliş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xahişi ilə hazırlanır. ABŞ-da yayımlanan “The oprah winfrey show”nun Türkiyə versiyası Yeni ildən etibarən təqdim olunacaq.
Verilişin ilk qonağının isə prezidentin özü olacağı deyilir.
A.S.
www.oxu.az