Məşhur fransız müğənni Kelli Coys Bakıdadır.
Oxu.Az xəbər verir ki, bu barədə əməkdar artist Tünzalə Ağayeva sosial şəbəkədə Kelli Coysla fotosunu paylaşaraq məlumat verib. Müğənni qeyd edib ki, onunla birlikdə Bakı Avropa Oyunlarına həsr olunmuş “Bakımın üzü gülür” adlı duetini ifa edəcək.
Mahnının Azərbaycan versiyasının sözləri İsmayıl Dadaşova, ingilis versiyasının sözləri Zəhra Bədəlbəyliyə, musiqisi Tünzalə Ağayevaya, aranjimanı Emin Kərimiyə aiddir.

Aytən Sadıqzadə