“Günay” Uşaq Teatrının R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Şelkunçik və siçanlar kralı” nağılı əsasında hazırlanan “Şelkunçik” tamaşasının premyerası olub. Tamaşada Əməkdar artist Mətanət İsgəndərlinin nəvəsi Tuncay İsgəndərli də rol alıb.
Oxu.Az xəbər verir ki, tamaşanı ön sıradan izləyən Mətanət xanım Tuncaya hər tamaşa təqdimatında dəstək olduğunu bildirib.
“Tuncayın içində səhnə istedadı var. Onu teatra cəlb etdik. Artıq tamaşalarda rol alır. Bu dəfə pələng obrazında idi. Teatrın bədii rəhbəri Larisa Tarusova hər bir uşağa öz övladı kimi yanaşır. İnşallah, bu tamaşadan sonra balaca aktyorlarımız Xocalı faciəsini əks etdirən tamaşaya hazırlaşacaqlar. Tuncay da istedadını nümayiş etdirəcək”, - deyə o bildirib.
A.S.
www.oxu.az