Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mətanətin xəstəxanadakı son görüntüsü: Həkimi və özü danışır - VİDEO
Bir neçə gün öncə əməliyyat olunan müğənni Mətanət Əsədova xəstəxanadan evə buraxılıb.
Bu barədə Lent.az-a ifaçını əməliyyat edən həkimi, tibb elmləri doktoru Kamal Əliyev açıqlama verib. O bildirib ki, ifaçının vəziyyəti normallaşdığı üçün müalicəsi ev şəraitində davam etdiriləcək:
“Mətanət xanımın ciyəri ilə ürəyinin arasında böyük bir kista var idi. Onu oradan götürdük. Xoş xassəli kista idi. Mətanət xanım bir daha bu problemlə üzləşməyəcək. Artıq səhhəti ilə bağlı problemi getdi”.
M.Əsədova da Lent.az-a açıqlama verib:
“Düz 7 il idi bu xəstəlikdən əzab çəkirdim. Bir gün içində səhərə qədər 20 paltar dəyişirdim. Təngnəfəslikdən otura, yeriyə bilmirdim. Almaniyaya qədər getdim, heç bir həkim məni əməliyyata götürmədi. Hətta bununla bağlı Türkiyədə də həkimlərə müraciət etmişdim. Dedilər ki, biz bu əməliyyatı etsək, səsin batacaq. Allaha şükür edirəm ki, Azərbaycanda belə bir insanın əlinə düşdüm. Kamal həkim məni ikinci dəfə həyata qaytardı. Qarşınızda baş əyirəm. Mən inanmazdım ki, bu xəstəlikdən canım qurtara. Heç kimin diaqnoz qoya bilməyəcəyi xəstəliyi bu insan aşkar etdi və əməliyyatı öz üzərinə götürdü. Məni təmənnasız əməliyyat etdilər. İnanmırdım ki, yenidən sağ qalam”.
Rəylər