Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Monica Bellucci ərindən Telman İsmayılova görə ayrılıb? – Foto
Aktrisa Monica Bellucci ilə aktyor Vincent Casselin 14 illik evliliyi bitib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Emir Kusturicanın son filminin çəkilişləri üçün Serbiyada olan Belluci bitən evliliyiylə əlaqədar danışmaq istəməsə də, mətbuat katibi ayrılıq xəbərlərinin doğru olduğunu bildirib.
Belluci reportajlarının birində xoşbəxt evliliyin sirrini “bir-birinə hesabat verməmək” olaraq açıqlamışdı.
Oxu.Az əldə etdiyi digər məlumata görə, sosial şəbəkələrdə Monica Bellucci və Vincent Casselin ayrılmasında AST Telman kimi tanınan azərbaycanlı milyarder Telman İsmayılovun da rolu var.
Beləki, məhşur italyan aktrisası Monica Bellucci azərbaycanın tanımış iş adamı ilə Telman İsmayılovla münasibəti olduğu qeyd edilir, internetdə hətta onların birgə fotoşəkilləri yayılıb.
1999-cu ildə evlənən 49 yaşlı Bellucci ilə 47 yaşlı Vincent Casselinin Deva və Leonie adlı iki uşağı var.
www.oxu.az