Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Murad Dadaşov əməliyyatdan sonra yenidən “Maşın” şouda – FOTO + VİDEO
Əməkdar artist Murad Dadaşov əməliyyatdan sonra yenidən “Maşın” şounun canlı efirində aparıcılıq edib.
Oxu.Az xəbər verir ki, o, səhhətinin normal olduğunu və bundan sonra sona qədər verilişdə olacağını bildirib.
“Dünən ilk dəfə idi ki, “Maşın”ı evdən izləyirdim. Ayağımda problem yaranmışdı, yüngül əməliyyat keçirdim. Şükür, indi ayaqüstəyəm”,-deyə o vurğulayıb.
Xatırladaq ki, M.Dadaşov ötən gün Oxu.Az-a müsahibəsində ayağına düşən infeksiya nəticiəsində iltihab yarandığını və əməliyyat olunduğunu bildirib.
Məlumat üçün bildirək ki, hazırda “Maşın” şounun finalçıları - Oksana Rəsulova, Elcan Rəsulov və İslam Mehrəliyev avtomobili qazanmaq uğrunda mübarizə aparırlar.
A.S.
www.oxu.az