Müğənni Natavan Həbibi hamilə olması barədə yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, o, bu barədə “ARB Ulduz”un “Virtual həyat” proqramında danışıb.
“Yalan xəbərlər yayırlar. Məndən eşitmədikləri halda, belə bir xəbəri bu qədər insanın öhdəsinə buraxmaq səhv addımdır”.
Reper Səid Əliyevlə evliliklərinin qurma olduğu barədə dolaşan xəbərlərə da toxunan ifaçı bu söz-söhbətlərə cavab verməyin mənasız olduğunu söyləyib: “Mən heç kimə cavab verməyəcəyəm. Kiməsə hesabat vermək fikrim yoxdur. Kim necə fikirləşir, kim dünyanı necə görür, elə də görəcək”.
A.S.
www.oxu.az