Rəqqasə Oksana “Möhtəşəm Maşın” şoudakı dünənki hərəkətinə görə dj Çinanı qınaq obyektinə tutdu.
Oxu.Az xəbər verir ki, o, bu haqda “facebook” səhifəsində yazı paylaşıb.
Həmin yazını olduğu kimi sizə təqdim edirik:
“İndi ağzım açılacaq, məni saxlayın! Zarafat bir qırağa! Mən şokdayam ki, ay dj Çina mən səndən heç gözləməzdim, bax o dediyin haqqı ki sən elə bildiyin kimi qazandın haaa tamaşaçılar qarşısında, heç də elə deyil! Mən antipiarnan məşğul deyiləm, sən mənim dostumsan, sənə dəstək idim qəlbimdə, amma Vüqar Vüqarlı da mənim dostumdur!
Mən sənin seçiminə heç də sən istədiyin kimi hörmətlə yanaşmıram, biləsən! İnan ki, sənə səs göndərənlərin yerinə heyfislənirəm və düşünürəm ki, bunu bil, sənə heç kim səs göndərməyəcəkdi, əgər bilsəydilər ki, sən Huseyni yox, Vüqarı çıxaracaqsan! Yaxşı ki mənim dəstəyim elə mənim urəyimdə qaldi və mən sənə bu gün dəstək olmadım və sənə heç kimi çağırmadım səs verməsinə! Əslində Vüqar Vüqarlı dünən də böyük səs etdi, mən çox çalışdım ki ona səs yollayanlar çox olsun və oldu, amma düz etmədi və bu gün o qalan əsl qruppirovkanin qurbanı oldu, öz səhvinə görə! Amma Samir qalsaydı, o özü gedərdi, çünki bilir ki, sizin ondan da daha çox ehtiyacınız var, buna əminəm Samir Piriyev!
Dünənki addımın düz olmadı, bunu yəqin indi sən də bilirsən! Yaxşı Vüqar, bəs sən Çina, bilə-bilə ki bu maşına ən azından sənin kimi, daha doğrusu sənin heç olmasa maşının var kreditdə də olsa, amma nə Aydanın nə Vüqarın yoxdur! NİYƏ? Hüseyn udsun deyə? İnan sənin bugünkü axırda olan çıxsın sənin seçimindən sonra heç oldu!!! Qaraqanı dəstəkləyə-dəstəkləyə düzgün addımlar etmədin, şou dan sonra o birisilər kimi Qaraqan Elkhan Zeynallı müraciət edərsən....vicdan!”

Aytən Sadıqzadə
www.oxu.az