Keçmiş “Disney” ulduzu və pornorejissor Bella Torn italyan müğənni Benjamin Maskolo ilə evlənəcək.
Artist bu barədə özünün “Instagram” hesabından bildirib.
O, “hekayə” bölümündə bəy tərəfindən bağışlanan nişan üzüyünü nümayiş edib.
23 yaşlı Torn və 27 yaşlı Maskolo iki ilə yaxındır ki, münasibətdədirlər. Müğənni toyun qısa müddətdə olacağını, mərasimin isə İtaliya və ABŞ-da qeyd olunacağını açıqlayıb.
Maskolo isə “Instagram” hesabında nişanın təşəbbüskarının özü olduğunu vurğulayıb.
Qeyd edək ki, 2019-cu ildə Bella Torn “USA Today” tərəfindən ən qalmaqallı amerikalı məşhurlardan biri seçilib. Elə həmin ilin yayında o, “Her & Him” adlı qısametrajlı pornoqrafik filmlə rejissorluqda debüt edib.
Bella Torn “Disney”in “Shake It Up” serialı ilə məşhurlaşıb.
Посмотреть эту публикацию в Instagram"İtaliya" teqi üzrə xəbərlər
- Tanınmış italiyalı zərgər Paolo Bulqari vəfat etdi
- İtaliya klubu itlə rəsmi müqavilə bağlayıb - Foto
- Belçika İtaliyanı darmadağın etdi: Millətlər Liqasında günün digər nəticələri - Video
- "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
- Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin" - Foto
Digər xəbərlər