ARB kanalında yayımlanan “Yarımada” verilişinin yayımı dayandırılıb.
Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, proqram iyunun 30-dan etibarən efirə getmir. Verilişin aparılığını Ülvira Qarayeva və Yeganə Cansail edirdi.
Realiti-şou yarışma xarakterli idi. Formata əsasən, verilişin iştirakçıları müxtəlif tapşırıqları yerinə yetirirdilər.
Qeyd edək ki, “Yarımada” yayıma başlamazdan öncə Ülvira və Yeganə arasında qalmaqal yaşanmışdı. Aparıcılar bir-birinin ünvanına sərt sözlər səsləndirmişdi. Onlar proqram yayımlanan ərəfədə də bir-biri ilə küsülü idilər.
ARB-nin rəsmisi İsmayıl Həsənov isə bildirib ki, verilişin bağlanma səbəbi telekanalın yeni mövsümdən fərqli formata keçidi ilə əlaqədardır.
A.S.
www.oxu.az