Leninqrad vilayətindən olan 15 yaşlı Azər Nəsibov məşhur oldu – o, “Qolos. Deti” telemüsabiqənin finalına çıxıb.
Oxu.Az “MK”a istinadən xəbər verir ki, bəzi skeptiklər iddia edirlər ki, bu müsabiqələrdə olduğu kimi burada da yerlər alınıb və qaliblərin kim olacağı əvvəlcədən bəllidir.
Azər Nəsibovun valideynlərinin kiçik meyvə dükanları var və onun “irəliləməsi” üçün onlar heç nə etmək imkanına sahib deyillər.
Azərin anası Abidə Həsənovanın yanına artıq, sadəcə alma və ya pomidor almaq üçün deyil, eləcə də oğlunun televiziyadakı uğuru münasibəti ilə təbrik etmək üçün 20 ildir yaşadığı Syasstroydan gəlirlər.
Uğur isə var, həm də böyük bir uğur – görmədən dinləmə müsabiqəsində Azərin “May be I, may be you” mahnısı münsiflərin hər üçünü – Pelaqeya, Dima Bilan və Leonid Aqutinin ona tərəf çevrilməyə məcbur etdi. Azər xoşbəxtlikdən ağlayırdı, ustad kimi Pelaqeyanı seçdi və yanılmadı, digər on iştirakçını geridə qoyaraq finala çıxdı.
“Mən çəkinirdim ki, Pelaqeya kameralar söndükdə bu qədər mehriban və gülərüz olmayacaq, - Azər Nəsibov etiraf edib. – Amma onunla gülmək də olur, səhvləri çox yumşaq düzəldir, bizimlə onun anası da məşğul olurdu, o daha sərtdir, amma mən ikisini də sevirəm!”
“Qolos. Deti” – Leninqrad vilayətindən olan yeniyetmənin iştirak etdiyi ilk televiziya şousudur, amma buna baxmayaraq, onun hesabında beynəlxalq müsabiqələr də olmaqla bir çox qalib gəldiyi müsabiqələr var.