Almaniyanın əfsanəvi “Rammstein” rok qrupu səhnə fəaliyyətinə son verir.
Oxu.Az xəbər verir ki, bu barədə “Bild”ə qrup üzvlərinə yaxın olan mənbə məlumat verib.
Hələlik qrup üzvləri bununla bağlı heç bir rəsmi açıqlama verməyib.
“Rammstein” 1994-cü ildə Berlində yaradılıb. Qrupun bu günə qədər 6 ədəd albomu işıq üzü görüb: “Herzeleid” (1995), “Sehnsucht” (1997), “Mutter” (2001), “Reise”, “Reise” (2004), “Rosenrot” (2005), “Liebe Ist Für Alle Da” (2009).
Aytən Sadıqzadə