Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rəhim Rəhimli dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
Bəstəkar-müğənni Rəhim Rəhimli dəfn olunub.
Oxu.Az xəbər verir ki, sənətçi Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun sənət dostları, ailə üzvləri, yaxınları iştirak ediblər.
13:01
Müğənni Rəhim Rəhimli son mənzilə yola salınır.

06:25
Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Xalq artisti Faiq Ağayev “Instagram” hesabında paylaşım edib.
F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.
Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib.
O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.
Nəzrin Vahid