Bir müddət əvvəl stilist Samiraldo Rəhim Rəhimlini “zövqsüz müğənni” adlandırmışdı.
Oxu.Az xəbər verir ki, bu barədə mətbuata açıqlama verən müğənni modelyerin ondan acıq çıxdığını deyib:
“Ən gözəl cavab susmaqdır. Sən ona cavab verməsən o içində yanar. Modelyerin ad gününə dəvət aldım. Amma ad günündə iştirak etmədim”.
“Həmin modelyer zövqsüz müğənnilər sırasında mənim adımı çəkdi. Bundan bəlli olur ki, bu, şəxsi münasibətdən qurulmuş bir qalmaqaldır”.
“Mən o insana cavab verib onun səviyyəsinə düşmək istəmirəm. Mən bilirəm ki, mən zövqlü müğənniyəm”.
Aytən Sadıqzadə
www.oxu.az