Oksana Rəsulovadan yeni xəbər var. Rəqqasə bu dəfə özünü repçi kimi sınadı.
Oxu.Az Qafqazinfo-ya istinadən bildirir ki, Oksana Rəsulova reper Nadir Hüseynovla (Nağdpul) birlikdə “Rəqs” repini ifa edib.
“Nəhayət ki, Nadir Hüseynovla birgə ifa etdiyimiz “Rəqs” adlı mahnıya çəkdirdiyimiz klip işıq üzü gördü. Klipdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm” - deyə rəqqasə təəssüratlarını bölüşüb.
Qeyd edək ki, repə rejissor Ata Rəsulov ekran həyatı verib.