“O səs Türkiyə” mahnı müsabiqəsinin üçüncü mərhələsində Hasan Doğru adlı iştirakçı Azərbaycan mahnısına müraciət edərək növbəti mərhələyə keçə bilib.
Oxu.Az xəbər verir ki, o, sözləri Rəsul Rzaya, musiqisi Tofiq Quliyevə məxsus olan “Yalqızam” mahnısını ifa edib.
O, əsəri səsləndirməzdən öncə ekranda mahnının azərbaycanlı müəlliflərə məxsus olduğu da qeyd olunub. Adaşı Hasan Qurdla yarışan Hasan Doğru “Yalqızam” mahnısını mükəmməl şəkildə ifa edərək komandanın rəhbəri Gökhandan müsbət rəy alıb və növbəti mərhələyə vəsiqə qazanıb.
Həmin videonu sizə təqdim edirik.
Aytən Sadıqzadə
www.oxu.az