Müğənni Rəqsanə İsmayılova boşanmağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, ifaçı “Instagram” səhifəsində həyat yoldaşı ilə rəsmi nikahda olduğunu və boşanmadığını yazıb.
“Mənim qeyri-rəsmi yox, rəsmi nikahım var. Bəsdirin, ayıbdır, yalan yazırsınız. Yorulduq, cavab vermək istəmirsən, ancaq mümkün deyil. Mənim həyatım çox gözəldir. Hazırda klip çəkilişi, yeni işlərimlə məşğulam, yaxın günlərdə təqdim edəcəyəm”, - deyə müğənni qeyd edib.
A.S.
www.oxu.az